Home » Azərbaycan Sahibkarlar Konfederasiyasında Ukrayna səfiri ilə görüş olub

Azərbaycan Sahibkarlar Konfederasiyasında Ukrayna səfiri ilə görüş olub

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Sahibkarlar Konfederasiyasında Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuri Husyev ilə görüş keçirilib. Görüşdə iqtisadi əlaqələr və özəl sektor arasındakı əməkdaşlıq müzakirə edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ASK-nın fəaliyyəti və beynəlxalq biznes təşkilatlarında ölkəmizi təmsil edərək həyata keçirdiyi fəaliyyətlər haqqında geniş məlumat verib. Konfederasiyanın Ukraynadakı nümayəndəsi Əli Əliyevin özəl sektoru təmsil edən iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində rolunu vurğulayıb.

Ukrayna səfiri gələn ay biznesmenlərin onlayn formatda görüşünü keçirməyi təklif edib. Onun sözlərinə görə, kənd təsərrüfatı, enerji və s. məsələlərlə bağlı Ukrayna sahibkarları Azərbaycandan olan həmkarları ilə görüşmək istəyirlər.
Təklifə müsbət yanaşan Konfederasiya prezidenti bunun üçün icra aparatına müvafiq tapşırıqlar verib. Sonra Forumun mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.