Home » Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 mlrd. manata çatıb

Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 mlrd. manata çatıb

by yunus
0 comments 2 views 1 minutes read

2025-ci ildə Azərbaycanda sığorta bazarının həcmi 10% artaraq 1,5 mlrd. manata çatıb, sığorta ödənişlərinin həcmi isə 920 mln. manat təşkil edib.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, sığorta sosial rifahın, maliyyə sabitliyinin qorunmasına xidmət edən əsas mexanizmlərdən biridir və bu istiqamətdə Mərkəzi Bank tərəfindən strateji addımlar atılır.

Qeyd olunub ki, sığorta sosial rifahın ehtimallar üzərində qurulan fəaliyyət növüdür və bu ehtimallar sığorta tarixçəsi əsasında formalaşır.

Müşahidə tarixçələrinin, eləcə də big data əsaslı yanaşmaların tətbiqi nəticəsində milyonlarla məlumat ənənəvi qaydalardan daha effektiv şəkildə təhlil olunur. Texnoloji alətlərin inkişafı sığorta tariflərinin və əhatəliliyin formalaşdırılmasında qiymətləndirmə imkanlarını genişləndirir və bazarda rəqabət mühitinin güclənməsinə şərait yaradır.

O əlavə edib ki, sığorta ödənişlərinin həyata keçirilməsində insurtech həllər xüsusi əhəmiyyət daşıyır və Mərkəzi Bank sığorta texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirir.

Baş direktorun sözlərinə görə, bu sahədə nəşr olunan vəsaitlər, o cümlədən yeni “İnsurtech” kitabı Azərbaycanda sığorta və texnologiya istiqamətinə artan diqqətin göstəricisidir.

apa

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.