Home » Azərbaycan Sığortaçılar Assosiasiyası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əmək, məşğuluq, sosial müdafiə sahələrində reallaşdırılan islahatlar barədə məlumat verib. Eyni zamanda, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasına e-sistem üzərindən daimi və çevik nəzarət mexanizmi qurulduğunu diqqətə çatdırıb. Bu sahədə  İcbari Sığorta Bürosu ilə əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb.

Agentliyin fəaliyyət istiqamətləri, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlər və planlaşdırılan yeniliklər də qeyd edilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev Assosiasiyanın fəaliyyəti, öz üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişafına göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.

Görüşdə Assosiasiyası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.