Home » Azərbaycan–Türkiyə arasında ixrac prosedurlarında dəyişiklik edilir

Azərbaycan–Türkiyə arasında ixrac prosedurlarında dəyişiklik edilir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanla Türkiyə arasında 2026-cı il yanvarın 1-dən etibarən yeni ixrac proseduru və tələblərinin tətbiqi planlaşdırılır.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Əziz Şərifov Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi” mövzusunda paneldə məlumat verib.

O bildirib ki, hazırda Azərbaycandan Türkiyəyə heyvan dərisi istisna olmaqla bir sıra heyvan mənşəli və quşçuluq məhsullarının ixracında əlavə prosedurlar mövcuddur.

Ə.Şərifovun sözlərinə görə, bu prosedurların aradan qaldırılması və ixracın asanlaşdırılması məqsədilə tərəflər arasında danışıqlar aparılır. Türkiyə tərəfinin rəsmi müraciətinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən yeni ixrac prosedur və tələblərinin tətbiqi nəzərdə tutulur. Bu isə qarşılıqlı ekvivalentliyin tanınması və müvafiq ixrac icazələrinin verilməsi üçün əməli tədbirlərin görülməsini zəruri edir.

Qeyd olunub ki, əsas məqsəd hər iki ölkənin sahibkarları üçün beynəlxalq təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verən məhsullar üzrə ixrac prosedurlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində sadələşdirilməsidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.