Home » Azərbaycan, Türkiyə və Türkmənistanın müvafiq qurumları arasında nəqliyyat sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan, Türkiyə və Türkmənistanın müvafiq qurumları arasında nəqliyyat sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.

İmzalanmış sənədlər sırasında “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u da yer alıb.

Memorandumu Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.

Razılaşma üç dövlətin ərazisi arasında və onların ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafı, nəqliyyat vasitələrinin rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsi və avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılması kimi məsələlərdə üçtərəfli əməkdaşlığı nəzərdə tutur.

Anlaşma Memorandumunda “Ro-Ro”, “Ro-Pax”, dəmir yolu bərələri, neft tankerləri, quru yük və konteyner gəmilərindən istifadə etməklə, eləcə də mülki dəniz donanmalarının inkişafı üçün müştərək investisiya qoyuluşu imkanlarını araşdırmaqla Xəzər dənizində effektiv nəqliyyat xidmətlərinin təşkili məsələsinə xüsusi diqqət yetirilir.

Həmçinin üç ölkənin nəqliyyat assosiasiyaları, müəssisələri və təşkilatları arasında birbaşa əlaqələrin inkişafını dəstəkləmək, nəqliyyat vasitələrinin istehsalı və onlara texniki xidmət sahəsində əməkdaşlığın təşviqi Anlaşma Memorandumunda öz əksini tapıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.