Home » Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avqustun 30-da Türkiyənin Samsun şəhərində “Teknofest 2022” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadrat metr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.

“TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edir və layihələrini ziyarətçilərə təqdim edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirdə nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT ­– VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş olunur. Ziyarətçilərə həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim edilir.

“Teknofest 2022” Aerokosmik və Texnologiya Festivalı sentyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

26-29 may 2022-ci il tarixlərində “Teknofest” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300000-ə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində 3 beynəlxalq tədbir və 8 texnoloji müsabiqə təşkil olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.