Home » Azərbaycan və Belarus kənd təsərrüfatı nazirlikləri arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

Azərbaycan və Belarus kənd təsərrüfatı nazirlikləri arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

by anar
0 comment 0 views 0 minutes read

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin 3 oktyabr tarixində Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” də var.

Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Anatoliy Lineviç imzalayıblar.

Sənəddə qarşı tərəfin iştirakı ilə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.