Home » Azərbaycan və Çin süni intellekt əsaslı maliyyə nəzarətində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Çin süni intellekt əsaslı maliyyə nəzarətində əməkdaşlığı müzakirə edib

by Zeyneb
0 comments 3 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləmə Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüş keçirib.

Görüşdə iki ölkənin iqtisadiyyatlarında aparılan islahatlar, bank və sığorta sektorlarında inkişaf meyilləri, eləcə də risk-əsaslı nəzarət mexanizmləri müzakirə olunub.

Tərəflər maliyyə nəzarəti prosesində süni intellekt texnologiyalarının tətbiqi, innovativ həllər və yeni tənzimləmə yanaşmaları barədə fikir mübadiləsi aparıblar.

Həmçinin, Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bank və sığorta sektorlarında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin hər iki tərəf üçün prioritet olduğu vurğulanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.