0
“Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb”.
BBN.az xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, 1.200 nəfər işlə təmin ediləcək: “Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 mln. olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq və 1.200 nəfər işlə təmin ediləcək”.