Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib - BBN

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Pakistanın İqtisadi İşlər Nazirliyinin katibi Muhammad Humair Karim arasında keçirilən görüş zamanı aparılıb.

Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin iqtisadi sahədə daha da inkişaf etdirilməsi məsələlərini nəzərdən keçiriblər. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı iqtisadi fəaliyyətin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb, həmçinin iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlar dəyərləndirilib.

Tərəflər iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinin regional və beynəlxalq səviyyədə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd ediblər.

Related posts

Azərbaycan və Misir biznes əməkdaşlığının genişləndirilməsini müzakirə edib

APPLE İSTİFADƏÇİLƏRİNƏ PİS XƏBƏR: QİYMƏTLƏR ARTIR!

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı