4


Bu gün Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşüb.
BBN.az xəbər verir ki, bunu T.Kazımov öz tvitterində bildirib.
Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.