Home » Azərbaycana qızıl idxalı kəskin artıb: 11 ayda 5 milyard dollardan çox

Azərbaycana qızıl idxalı kəskin artıb: 11 ayda 5 milyard dollardan çox

by Zeyneb
0 comments 2 views 1 minutes read

Ötən ilin yanvar–noyabr aylarında Azərbaycan 5 milyard 42 milyon ABŞ dolları dəyərində 48 min 402 kiloqram qızıl idxal edib. Söhbət qızılın yarımişlənmiş formalarından – çubuqlar, məftil və profillər, lövhələr, eləcə də qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və lentlərdən gedir.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86 %, kəmiyyət baxımından isə 42 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox qızıl aşağıdakı ölkələrdən idxal olunub:

  • Avstraliya – 889,8 milyon ABŞ dolları dəyərində 8 099 kiloqram (dəyər üzrə 26 % az, kəmiyyət üzrə 47 % az),

  • ABŞ – 725,6 milyon ABŞ dolları dəyərində 6 458 kiloqram (müvafiq olaraq 18 % və 41 % az),

  • Rusiya – 656,8 milyon ABŞ dolları dəyərində 6 784 kiloqram (dəyər üzrə 4 dəfə, kəmiyyət üzrə 3 dəfə artım),

  • Böyük Britaniya – 481,3 milyon ABŞ dolları dəyərində 4 861 kiloqram (ötən il simvolik həcmdə idxal olunmuşdu),

  • İsveçrə – 396,3 milyon ABŞ dolları dəyərində 3 453 kiloqram (dəyər üzrə 2,6 dəfə, kəmiyyət üzrə 75 % artım).

Məlumata görə, 2020–2023-cü illərdə Azərbaycana ümumilikdə cəmi 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram qızıl idxal olunduğu halda, təkcə 2024-cü ildə bu göstərici 3 milyard 313 milyon ABŞ dolları41 min 78 kiloqram təşkil edib.

Eyni zamanda, ötən ilin ilk 11 ayında Azərbaycan qızılı yalnız İsveçrəyə ixrac edib. Bu ölkəyə 297,45 milyon ABŞ dolları dəyərində 4 312 kiloqram qızıl tədarük olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər üzrə 59 %, kəmiyyət üzrə isə 8,5 % çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.