1

Bu ilin yanvar–noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 80 milyard 747,2 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % artım olduğunu göstərir.
Son bir ildə adambaşına düşən nominal gəlir isə 7,7 % artaraq 7 883 manata çatıb.





