Home » Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin siyahısı açıqlanıb

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin siyahısı açıqlanıb

by yunus
0 comment 0 views 1 minutes read

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr siyahısı məlum olub.İstifadəçi sayına görə, birinci yerdə ən çox istifadə olunan sosial şəbəkə “İnstagram” olub.

BBN.az bu barədə “StatCounter”a istinadən xəbər verir.

Hesabat dövründə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 29,22% təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 3,73 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,28 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 25,13% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 18,67 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 5,13 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 20,15% payla “Pinterest” olub. Bu, avqust ayı ilə müqayisədə 7,72 faiz bəndi, illik müqayisədə 8,15 faiz bəndi çoxdur.

Ötən ay “YouTube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 4,66 faiz bəndi, illik 2,73 faiz bəndi artaraq 12,73%-a çatıb. Sentyabr ayında “YouTube” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Sentyabrda “X” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,7 faiz bəndi, illik 3,01 faiz bəndi artıraraq 6,6%-lə beşinci yerdə dayanıb.

İstifadəçi sayına görə, altıncı yeri isə 3,01% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,65 faiz bəndi, illik 2,51 faiz bəndi artırıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.