0

Bu il martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7 % artaraq 865,4 min təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, həmin dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,1 % artaraq 59,6 min olub.
Eyni tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,5 % artaraq 236,4 minə çatıb.




