Home » Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığorta bazarı 23% böyüyüb

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığorta bazarı 23% böyüyüb

by yunus
0 comments 0 views 0 minutes read

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2025-ci ilin yanvar ayında 5 milyon 616 min manat sığorta haqqı yığıblar.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 42 min manat və ya 22,8% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 865 min manat və ya 56,7% artaraq 2 milyon 391 min manata çatıb. 2024-cü ilin yanvar ayında bu növ üzrə yığımların məbləği 4 milyon 574 min manat, ödənişlərin məbləği isə 1 milyon 526 min manat olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.