Home » Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

by yunus
0 comments 1 views 2 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası”nı təsdiq edib.

BBN.az bu barədə AMB-yə istinadən  xəbər verir.

Məlumata görə, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər uğurla icra edilib. Belə ki, Strategiyanın ötən iki ili ərzində “Mərkəzi Bankın risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.

Nəticədə, ötən ilin dekabr ayında “Mərkəzi Bankın banklara risk əsaslı nəzarət üzrə Təlimatı” təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək “Bank Nəzarəti Strategiyası” təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:

Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;

Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;

Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;

Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.

Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün “Bank Nəzarəti Strategiyası”nda AMB-nin tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:

Banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin modernizasiyası;

AMB-nin 2024-cü ildə təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr”in bir hissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;

Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində banklara münasibətdə Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin tətbiqi;

İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə inteqrasiyası.

AMB-nin risk əsaslı nəzarətin tətbiqi üzrə həyata keçirdiyi tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.