Home » Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib

Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib

by Zeyneb
0 comments 6 views 1 minutes read

Bank sektorunda tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.

Report agentliyinin beynəlxalq reytinq agentliyi Moody’s-ə istinadən verdiyi məlumata görə, bu, aktivlərin sabit keyfiyyətində, kifayət qədər ehtiyatların formalaşdırılmasında və bankların möhkəm kapital mövqelərində özünü göstərir.

Agentlik qeyd edir ki, Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsinin “baa” səviyyəsində olması bank sisteminin nisbətən kiçik miqyasını əks etdirir və bu da əhəmiyyətli şərti öhdəliklərin yaranması risklərini məhdudlaşdırır.

Moody’s hesabatında bildirilir ki, bank sektorunda islahatların davam etdirilməsi, o cümlədən likvidliyin və risklərin idarə olunması sahəsində Bazel III tələblərinin tətbiqi bank sisteminin sabitliyinə bundan sonra da müsbət təsir göstərəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin ötən ilin 16 dekabr tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Nəticədə bank kapitalının strukturu, kapitalın adekvatlıq əmsalları, kapital buferləri və bir sıra digər prudensial tələblər Bazel III standartlarına uyğunlaşdırılıb.

Banklara yeni kapital strukturuna uyğunlaşmaq, daxili qayda və prosedurlarını yenilənmiş normativ tələblərə uyğunlaşdırmaq, habelə işçi heyətinin təlimi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün bir illik keçid dövrü təqdim olunub.

1 yanvar 2027-ci ildən etibarən banklar yeni tələblərə tam şəkildə riayət etməyə borclu olacaqlar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.