Home » Azərbaycanda bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri qaytarılıb

Azərbaycanda bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri qaytarılıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 112,6 milyon manatı qaytarılıb.

Bu barədə BBN.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial” portalında indiyədək 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan bu il oktyabrın 1-nə qədər portalda qeydiyyatda olan istehlakçılara ümumilikdə 1,2 milyarddan çox kassa çeki üzrə 474,1 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 93 mindən çoxdur. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16,1 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % artıqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.