
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 8% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 8 milyard 200 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 171 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 26 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.




