Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda dövlət borcuna xidmət xərcləri 524 milyon manatı ötüb - BBN

Azərbaycanda dövlət borcuna xidmət xərcləri 524 milyon manatı ötüb

Cari ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna xidmət üzrə ödənişlər həyata keçirilib.

Hesabat dövründə daxili borc üzrə faiz ödənişləri 132,5 milyon manat təşkil edib. Xarici borc üzrə isə ümumilikdə 391,7 milyon manat ödənilib ki, bunun 269,5 milyon manatı əsas borc, 122,2 milyon manatı isə faiz borcu üzrə olub. Beləliklə, dövlət borcuna xidmət xərcləri ümumilikdə 524,2 milyon manat təşkil edib.

Məlumata əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun həcmi 4 689,3 milyon ABŞ dolları olub. Bu göstərici cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 6,1 faizinə bərabərdir.

Eyni tarixə daxili dövlət borcunun həcmi isə 16 492,9 milyon manat təşkil edib ki, bu da ÜDM-in 12,6 faizinə uyğun gəlir.

Qeyd olunub ki, xarici borclanma hesabına maliyyələşdirilən layihələr üzrə vəsaitlərin istifadəsi və borc ödənişləri davam etdirilir.

Related posts

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı