Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 47 mini keçib - BBN

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 47 mini keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 47.007 borcalana 2 milyard 802,6 milyon manat kredit verib.

BBN.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 377.754 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4.005 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Related posts

“Moody’s Ratings” Azərbaycanın iqtisadi artım gözləntilərini açıqlayıb

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

Bankların debet kartları üzrə iyul ayı cashback təklifləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı