Home » Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib

Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib

by anar
0 comment 1 views 1 minutes read

COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub.

Tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığını bildirib. Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin və strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.

Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.

Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıda duran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular üzrə panel müzakirələri ilə davam edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.