Home » Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək

Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək

aktivlər

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda təminatlı əqdlər üzrə tənzimləmə çərçivəsinin tətbiqi vəziyyəti qiymətləndiriləcək və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

BBN.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının təminatlı əqdlər üzrə inteqrasiya edilmiş hüquqi çərçivənin tətbiqi vəziyyətinə dair apardığı sorğuların nəticələri aidiyyəti tərəflərlə birlikdə müzakirə olunacaq.

Bu prosesə “Azərbaycan Banklar Assosiasiyası” və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birlikləri də cəlb ediləcək.

Müzakirələr əsasında mövcud çətinliklərin aradan qaldırılması üçün optimal həll mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin bu ilin iyulun 1-nə qədər həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, təminatlı əqdlər çərçivəsində girov kimi təmin oluna bilən daşınar aktivlərin, borcların və öhdəliklərin növləri ilə bağlı işlərin aparılması planlaşdırılır.

Bundan əlavə, təminat hüquqlarının prioritetliyi və onların həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Bu addımların kredit bazarında risklərin azaldılmasına və maliyyə resurslarına çıxışın genişlənməsinə töhfə verəcəyi gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.