0
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 159,4 milyon manat təşkil edib.
BBN.az DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18% artaraq 1 milyard 068,831 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4% artaraq 2 milyard 912,714 milyon manat, aksizlər üzrə daxilolmalar 38,8% artaraq 147,604 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 28,1% azalaraq 30,251 milyon manat olub.