Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib - BBN

Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Delta Capital” MMC valyuta mübadilə məntəqəsinin bir vəzifəli şəxsinə 2 886 manat məbləğində cərimə tətbiq edib.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

“Delta Capital”ın vəzifəli şəxsi “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib”, – AMB bildirir.

Mərkəzi Bankın digər qərarı ilə, “Zuhur” MMC-nin bir vəzifəli şəxsinə isə 32 767 manat məbləğində cərimə tətbiq edilib.

“Zuhur” MMC-nin vəzifəli şəxsi isə AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 3.6, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib.

Related posts

Xalis mənfəətinə görə bankların – RENKİNQİ

Aktivlərin həcminə görə bankların – RENKİNQİ

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı