2026-cı ilin avqust ayında Azərbaycanda kompüter, mobil cihaz və planşetlərdən ibarət elektron cihazlar bazarında mobil cihazların payı 51,81% təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə “StatCounter” agentliyinin son hesabatında bildirilib.
Məlumata görə, mobil cihazların bazar payı iyul ayı ilə müqayisədə 10,88 faiz bəndi və ya 17,4% azalıb. 2025-ci ilin avqust ayı ilə müqayisədə isə göstərici 15,07 faiz bəndi aşağı düşüb.
Kompüterlərin bazar payı isə avqust ayında 47,83%-ə çatıb. Bu göstərici aylıq müqayisədə 10,89 faiz bəndi, illik müqayisədə isə 15,39 faiz bəndi artıb.
Planşetlərin elektron cihazlar bazarındakı payı 0,35% olub. Bu, iyul ayına nisbətən 0,02 faiz bəndi, ötən ilin avqust ayı ilə müqayisədə isə 0,34 faiz bəndi azdır.