Home » Azərbaycanda ilk dəfə “Purple team” üzrə təlimlərə start verilib

Azərbaycanda ilk dəfə “Purple team” üzrə təlimlərə start verilib

by Aytac
0 comment 1 views 1 minutes read

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində özəl və dövlət sektorların kibertəhlükəsizlik mütəxəssislərinin bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Purple team” təlimləri təşkil edilib. Qeyd edək ki, ölkəmizdə bu istiqamət üzrə təlimlərin keçirilməsi ilk dəfədir.

“Purple team” təlimləri kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi olan şəxslər üçün nəzərdə tutulub. Dərslər xarici mütəxəssislər tərəfindən tədris olunur. Sözügedən təlim “red team” (hücum) və ya “blue team” (müdafiə) üzrə ixtisaslaşan mütəxəsisslər üçün əla bir fürsətdir.

Təlimlərin keçirilməsində məqsəd ölkədəki kibertəhlükəsizlik kadrlarının ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır.

Qeyd edək ki, “Purple team” təlimləri “bootcamp” formatında 30 sentyabrdan etibarən başlayıb. İki qrupu əhatə edəcək təlimlər hər qrup üzrə iki həftə olmaqla həftə içi hər gün saat 09 00- dan 16 00-dək olacaq. Sözügedən kohort üzrə tədris prosesi bir ay davam edəcək. Bu istiqamətdə təlimlərin davamlı olması və gələcəkdə digər sektorlarda olan kibertəhlükəsizlik mütəxəssisləri üçün də keçiriləcəyi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.