Home » Azərbaycanda ilk “Mələk İnvestorlar Məktəbi”indən 109 nəfər məzun olub

Azərbaycanda ilk “Mələk İnvestorlar Məktəbi”indən 109 nəfər məzun olub

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İRİA-nın dəstəyi və “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə Azərbaycanda “Mələk İnvestorlar Məktəbi”nin ilk buraxılış mərasimi keçirilib. Təsisçi Fərid İsmayılzadə Məktəbin yaranmasının və sözügedən Klubun fəaliyyətinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını vurğulayıb.

Tədbirdə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva ölkəmizdə startaplara investisiya yatırımının müsbət dinamikasından, habelə qurumun bu istiqamətdə yerli və qlobal oyunçularla təşəbbüs etdiyi strateji layihələrin əhəmiyyətindən bəhs edib.

Daha sonra “SABAH.HUB”ın baş icraçı direktoru Rəhim Bayramlı, “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərimin spikerliyi və İRİA-nın nümayəndəsi Ağahüseyn Əhmədovun moderatorluğu ilə “Mələk İnvestisiyanın Önəmi” mövzusunda panel müzakirə keçirilib.

Tədbirin yekun hissəsində təlim sessiyalarının iştirakçılarına sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.