Home » Azərbaycanda maliyyə xidmətləri istehlakçıları üçün yeni tələb müəyyənləşir

Azərbaycanda maliyyə xidmətləri istehlakçıları üçün yeni tələb müəyyənləşir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda maliyyə xidmətlərindən yararlanan fiziki və hüquqi şəxslər üçün yeni tələb tətbiq olunacaq. Bu barədə dəyişikliklər Vergi Məcəlləsinə təklif olunub.

Sözügedən layihə Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklərə əsasən, bank və digər maliyyə institutlarında hesab açarkən və ya maliyyə xidməti göstərilərkən şəxs öz rezidentliyinin müəyyən edilməsi üçün tələb olunan məlumat və sənədləri təqdim etməlidir. Həmçinin rezidentlik statusunda dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar 30 gün müddətində maliyyə institutuna təqdim olunmalıdır.

Qanun layihəsi həmçinin maliyyə institutlarına yanlış və ya təhrif olunmuş məlumatların verilməsi, eləcə də rezidentlik dəyişiklikləri barədə məlumatların 30 gün ərzində təqdim edilməməsi hallarına görə şəxslərin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.