Home » Azərbaycanda Milli Metrologiya Forumu keçirilib

Azərbaycanda Milli Metrologiya Forumu keçirilib

by ulviyya
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Forumda ölkədə metroloji təminat üzrə mövcud vəziyyət, iqtisadi subyektlərin metroloji ehtiyaclarının qarşılanması, cihaz və avadanlıqlara olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) təşkilatçılığı ilə Milli Metrologiya Forumu keçirilib.

20 May – Ümumdünya Metrologiya Gününə həsr olunmuş forumda dövlət qurumları və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, uyğunluğu qiymətləndirən qurumlar, elm və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Forumun keçirilməsində məqsəd ölkədə ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində təkmilləşdirmə və yeni ölçmə imkanlarının yaradılması tədbirləri barədə maarifləndirmə, metroloji təminat üzrə mövcud vəziyyətin dəyərləndirilməsi, dövlət qurumları və özəl sektorla keyfiyyət infrastrukturu sferasında əməkdaşlığın gücləndirilməsidir.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Mustafa Çetintaş, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor vəzifəsini icra edən Vazeh Əskərov çıxış ediblər.

Forum çərçivəsində ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafı naminə metroloji təminat sahəsində uzunmüddətli və sistemli fəaliyyətin həyata keçirildiyi vurğulanıb. İstehlakçı etibarının təmin edilməsində, həmçinin istehsal prosesləri zamanı dəqiq ölçmələrin həyata keçirilməsində metrologiyanın rolundan bəhs edilib. Bildirilib ki, ölkədə sənayenin inkişafına yönələn məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi, keyfiyyət sahəsində effektivliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi və dəqiq ölçmələrin təmin olunması həlledici əhəmiyyətə malikdir.

Tədbirdə ali təhsil müəssisələri ilə elmi-texniki əməkdaşlıq çərçivəsində metrologiya sahəsi üzrə tədqiqatçıların sınaq və kalibrlənmə laboratoriyalarında praktiki bacarıqlarının artırılması, onların fərdi və peşəkar inkişafına dəstəyin göstərilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Həmçinin milli etalon bazasının təkmilləşdirilməsi, iqtisadi subyektlərin metroloji ehtiyaclarının qarşılanması, cihaz və avadanlıqlara olan tələbatın ödənilməsi, metroloji xidmət göstərən əməkdaşların səriştələrinin artırılması istiqamətində dünya təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib, ölçmələrin vəhdətinin təmin edilməsi fəaliyyəti üzrə beynəlxalq müstəvidə qurumlararası əməkdaşlıq layihələrindən söz açılıb.

Forum “Biznes üçün metroloji” təminat panel müzakirələri ilə davam etdirilib. Keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsində, istehsalın effektivliyinin artırılması və istehlakçılarda etibarın yaradılmasında ölçmələrin rolundan bəhs edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.