2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 133.3 milyon manat vəsait xərclənib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.
Qeyd edək ki, cari ilin iyul ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 632.8 milyon manata bərabər olub.
Xatırladaq ki, cari ilin yanvar-iyul ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.8%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 247,8 milyon manat dəyərində məhsul istehsal edilib.