Home » Azərbaycanda ötən ilin dekabr ayında gündəlik xam neft hasilatı 597,1 min barrel olub

Azərbaycanda ötən ilin dekabr ayında gündəlik xam neft hasilatı 597,1 min barrel olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barrel olub. Bunun 597,1 min barrelini xam neft, 120,5 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barrel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.