Home » Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 35,1 milyard manatlıq məhsul satılıb. Bunun 19,3 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,8 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 % artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə isə 6,7 % təşkil edib.

Hesabat dövründə pərakəndə ticarət xərclərinin strukturu belə olub:

  • 50,5 % – ərzaq məhsulları

  • 4,4 % – içkilər və tütün məmulatları

  • 12,7 % – toxuculuq məhsulları, geyim və ayaqqabılar

  • 6 % – avtomobil benzini və dizel yanacağı

  • 4,7 % – elektrik malları və mebellər

  • 2,5 % – əczaçılıq məhsulları və tibbi ləvazimatlar

  • 1,2 % – kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

  • 18 % – digər qeyri-ərzaq malları

İlkin hesablamalara görə, qeyri-dövlət sektorunun payı ümumi pərakəndə ticarət dövriyyəsində 99,8 % təşkil edib və bu göstərici ötən illə müqayisədə real ifadədə 3,8 % artıb. Müəssisələr üzrə satış həcmi 7,9 %, fərdi sahibkarlar üzrə 1 %, bazar və yarmarkalarda isə 4,3 % yüksəlib.

Əhali üzrə orta aylıq xərclər 490 manat olub ki, bunun 269 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 221 manatı isə qeyri-ərzaq mallarına sərf edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.