Home » Azərbaycanda pul köçürmələri sahəsində yeni rəqəmsal həllər hazırlanır

Azərbaycanda pul köçürmələri sahəsində yeni rəqəmsal həllər hazırlanır

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycanda pul köçürmələri sahəsində yeni rəqəmsal həllər hazırlanır.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının konsultantı Anna Proxorova çərşənbə günü “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.

“Biz pul köçürmələrində xərclərin azaldılmasına hədəflənmişik. Belə ki, məsələn pul vəsaitinin kartdan karta və ya SWIFT-dən istifadə etmədən başqa metodla köçürülməsi xərcləri və komissiyanı azaltmağa imkan verir. Həmçinin pul vəsaitinin elektron köçürülməsi iqtisadiyyatın şəffaflığını təmin etməyə imkan verir. İnanırıq ki, istər yerli, istərsə də beynəlxalq səviyyələrdə bu məqsədlərə nail ola biləcəyik. Bankların fintex iştirakçıları ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olması bunu təsdiq edir”, – o deyib.

A.Proxorovanın qeyd etdiyinə görə, baxmayaraq ki, pul köçürmələri bank sisteminin bir hissəsidir, qanunvericilik qeyri-bank təşkilatlarının da bu prosedurları həyata keçirməsinə imkan verir.

“Biz həmçinin istər innovasiya, istərsə də qanunun optimallaşdırılması baxımından yeni imkanların araşdırılması üzərində çalışırıq”, – deyə o vurğulayıb.

Həmçinin A.Proxorovanın sözlərinə görə, rəqəmsal pul köçürmələri sektorunu inkişaf üçün perspektivli sahə hesab etmək olar.

“Azərbaycan bu gün Türkiyə və Rusiyaya və əksinə böyük həcmdə pul köçürmələri həyata keçirir. Həmçinin ölkə daxilində istər bank yolu ilə, istərsə də poçt vasitəsilə pul köçürmələrində artım müşahidə edirik. Hesab edirik ki, ilk növbədə əhalinin maliyyə savadlılığı və rəqəmsal pul köçürmələrinin təbliği üzərində işi davam etdirmək lazımdır”, – deyə o əlavə edib.

Trend

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.