
Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda 46 milyard 451,3 milyon kubmetr təbii qaz hasil edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 35 milyard 507,8 milyon kubmetri əmtəəlik qazın payına düşüb.
Hesabat dövründə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 %, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
Ötən 11 ay ərzində ölkədə qaz kondensatı daxil olmaqla 25 milyon 325,5 min ton xam neft hasil olunub. Bunun 25 milyon 266,2 min tonunu əmtəəlik neft təşkil edib.
Neft hasilatı və əmtəəlik neftin həcmi illik müqayisədə hər iki göstərici üzrə 4,7 % azalma qeydə alıb.







