Home » Azərbaycanda sənaye istehsalı 1.5 faiz azalıb

Azərbaycanda sənaye istehsalı 1.5 faiz azalıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Sənayemüəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 18,4 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artmışdır.

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,9 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı  4,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 66,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,9 faiz, kağız və karton istehsalı 21,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, maşın və avadanlıqların istehsalı 16,2 faiz, geyim istehsalı 6,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,1 faiz, elektrik avadanlıqlarının istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 0,8 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 0,5 faiz, qida məhsullarının istehsalı 1,1 faiz, içkilərin istehsalı 3,8 faiz, mebel istehsalı 5,2 faiz, poliqrafiya məhsullarının istehsalı 6,2 faiz, tikinti materiallarının istehsalı 10,4 faiz, hazır metal məmulatlarının istehsalı 13,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 12,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz artmışdır.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.