
Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması müzakirə edilib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə maliyyə xidmətləri, bank əməliyyatları və ödəniş mexanizmləri ilə bağlı assosiasiyanın gündəliyində olan məsələlər müzakirə olunub, həmçinin sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının və nağdsız ödəniş xidmətlərinin effektivliyinin artırılması istiqamətində AMB-nin həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib.





