Home » Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda 2027-ci ilin iyun ayına qədər dövlət “Süni İntellektə Hazırlıq İndeksi” metodologiyası hazırlanacaq.

Bu məsələ İlham Əliyev-in təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

Sənədə əsasən:

  • Dövlət orqanlarında Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəriciləri (KPI-lər) müəyyən ediləcək və qurumlara təqdim olunacaq;

  • Dövlət qurumlarında rəqəmsal effektivlik və Sİ tətbiqi üzrə illik hesabatlılıq sistemi qurulacaq;

  • Avtomatlaşdırılmış proseslərin ümumi iş yükündəki payının hədəf göstəricilərə çatdırılması təmin ediləcək.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla müəyyən edilmiş digər mənbələr hesabına həyata keçiriləcək.

Yeni indeks dövlət qurumlarının süni intellektə hazırlıq səviyyəsinin ölçülməsi, resursların daha effektiv bölüşdürülməsi və rəqəmsal transformasiya prosesinin sistemli şəkildə idarə olunmasına xidmət edəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.