Home » Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.

BBN.az xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.

Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub.

Eyni zamanda süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialının gücləndirilməsi üçün yarışma platformasının istifadəyə verilməsi, süni intellektlə bağlı məlumat və resurslar üçün platformanın yaradılması, müxtəlif dövlət orqanlarından (qurumlarından) 500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzun olması, interaktiv tədris platformasında istifadəçilərin sayının10 000-ə çatdırılması, yarışma platformasında ümumilikdə 1 000istifadəçi ilə 10 yarışmanın keçirilməsi hədəflənir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.