
2025-ci ildə Azərbaycanın tədiyyə balansı üzrə ümumi kəsir 1,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan göstərici il ərzində ölkənin ehtiyat aktivlərinin azalmasını əks etdirir. Bildirilib ki, hesablamalar aparılarkən Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri (BOP6) qaydalarına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqləri nəzərə alınmır.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın tədiyyə balansında kəsir 0,4 milyard ABŞ dolları səviyyəsində olub.




