Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb - BBN

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib.

BBN.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən “Turizm haqqında” qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: “Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Yeni qanun layihəsi hazırlanıb və hökumət daxilində müzakirəyə təqdim olunmağa hazırdır. 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb”.

Related posts

Azərbaycana gələn turistlərin sayı 10%-dən çox azalıb

Dünya Bankı: Turizmdən daha çox gəlir əldə etmək üçün yerli bizneslərin payı artırılmalıdır

Dünya Bankı: Azərbaycanda turizmin şaxələndirilməsi üçün yeni imkanlar yaradılmalıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı