Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı: Azərbaycanda ərzaq inflyasiyası 6,4 %-ə yüksəlib - BBN

Dünya Bankı: Azərbaycanda ərzaq inflyasiyası 6,4 %-ə yüksəlib

Azərbaycanda neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi rolunun zəifləməsi fonunda yeni inkişaf sahələrinin ön plana çıxması vacib hesab olunur.

BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Wael Mansour “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, turizm yüksək turist xərcləri, regionların inkişafı və yeni iş yerlərinin yaradılması potensialına malik strateji sahə kimi qiymətləndirilir.

V.Mansur qeyd edib ki, 2025-ci ildə Azərbaycanda iqtisadi artım 2024-cü ildə qeydə alınan 4,1 %-dən 1,4 %-ə qədər geriləyib. Bu, əsasən neft hasilatının struktur səbəblərdən azalması, dövlət investisiyalarının ixtisarı və daxili tələbatın zəifləməsi ilə əlaqədardır.

O bildirib ki, iqtisadi aktivliyin yavaşıması xüsusilə tikinti və nəqliyyat sektorlarında daha qabarıq hiss olunub. Dövlət xərclərinin uzun illər qeyri-neft sektorunun əsas hərəkətverici qüvvəsi olduğunu nəzərə alsaq, fiskal konsolidasiya bu sahələrə və əlaqəli sektorların fəaliyyətinə mənfi təsir göstərib.

Dünya Bankının nümayəndəsi əlavə edib ki, özəl istehlak da zəifləyib. Mikroiqtisadi məlumatlar real əməkhaqlarının artım tempinin yavaşıdığını və istehlak kreditləri üzrə şərtlərin 2024-cü illə müqayisədə sərtləşdiyini göstərir. Bu isə ev təsərrüfatlarının xərclərini daha ehtiyatla planlaşdırmasına səbəb olub.

Bununla belə, əmək bazarında müsbət dinamika müşahidə edilib. İl ərzində məşğulluğun artımı davam edib və yeni yaradılan iş yerlərinin əsas hissəsi dövlət deyil, özəl sektor tərəfindən təmin olunub. İşsizlik səviyyəsi 5,3 %-dən 5,2 %-ə enib və il ərzində xalis ifadədə 75,8 min yeni iş yeri yaradılıb.

İnflyasiya göstəricilərinə toxunan V.Mansur bildirib ki, son illərdə yüksək olan inflyasiya təzyiqləri 2025-ci ildə tədricən zəifləyib. Bununla yanaşı, qlobal geosiyasi proseslərin təsiri nəticəsində idxal inflyasiyasının artması fonunda ərzaq inflyasiyası 5,5 %-dən 6,4 %-ə yüksəlib.

O qeyd edib ki, qaz, elektrik enerjisi və nəqliyyat xidmətləri üzrə tənzimlənən tariflərin artırılması da xidmət inflyasiyasına müəyyən təsir göstərib.

Dünya Bankının baş iqtisadçısının sözlərinə görə, qlobal şəraitin yaxşılaşması nəticəsində ümumi inflyasiya əhəmiyyətli dərəcədə azalıb və bunun fonunda Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin sonuna doğru pul-kredit siyasətini tədricən yumşaldaraq uçot dərəcəsini iki mərhələdə ümumilikdə 50 baza bəndi aşağı salıb.

Onun fikrincə, atılan bu addımlar və likvidliyin idarə olunması tədbirləri biznes subyektləri və istehlakçılar üçün daha sabit maliyyə mühitinin formalaşmasına şərait yaradıb.

Related posts

ING: AMB uçot dərəcəsini uzun müddət sabit saxlaya bilər

Azərbaycanda müddətli əmanətçilərin sayı bir ildə 31 %-ə yaxın artıb

IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı