Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı: 2027–2028-ci illərdə Azərbaycanda inflyasiya 4,4 %-ə enəcək - BBN

Dünya Bankı: 2027–2028-ci illərdə Azərbaycanda inflyasiya 4,4 %-ə enəcək

Dünya Bankının proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda neft sektorunun sabitləşməsi və qeyri-neft istehlakının bərpası fonunda iqtisadi artım 2 %-ə çatacaq.

BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Wael Mansour “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, inflyasiyanın isə əsasən qlobal enerji və nəqliyyat xərclərinin təsiri nəticəsində orta hesabla 5,8 %-ə yüksələcəyi gözlənilir.

V.Mansur qeyd edib ki, 2027–2028-ci illərdə ölkədə inflyasiyanın 4,4 %-ə enəcəyi, iqtisadi artımın isə orta hesabla 1,8 % səviyyəsində olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, buna orta müddətli fiskal konsolidasiya siyasətinin daxili tələbi qismən zəiflətməsi təsir göstərəcək.

Dünya Bankının nümayəndəsi bildirib ki, hökumətin ehtiyatlı makroiqtisadi siyasəti davam etdirəcəyi gözlənilir. Belə ki, 2029-cu ilədək qeyri-karbohidrogen sektorunun dövlət büdcəsi gəlirlərində payının 61 %-ə çatdırılması hədəflənir.

O əlavə edib ki, büdcə xərclərinin nominal ifadədə hər il 2,3 % artacağı, real ifadədə isə cüzi azalacağı proqnozlaşdırılır. Fiskal intizamın isə bazar etimadını, kredit reytinqlərini və maliyyə dayanıqlığını daha da gücləndirəcəyi gözlənilir.

V.Mansurun sözlərinə görə, Dünya Bankı iqtisadi riskləri balanslı qiymətləndirir. Yaxın Şərqdə geosiyasi gərginliyin qlobal ticarətə, maliyyə xərclərinə və inkişaf etməkdə olan bazarlara investisiya axınlarına mənfi təsir göstərə biləcəyi qeyd olunub.

Bununla yanaşı, Cənubi Qafqazda sülh prosesində mümkün irəliləyiş və yeni regional nəqliyyat layihələrinin reallaşmasının Azərbaycanın orta müddətli iqtisadi artımını əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyi vurğulanıb.

Dünya Bankının yeni hesabatında həmçinin qeyd edilir ki, fiskal siyasətin sərtləşdirilməsi və qeyri-neft gəlirləri üzrə iddialı hədəflər fonunda iqtisadi artımın və yeni iş yerlərinin əsas hərəkətverici qüvvəsi özəl sektor olmalıdır. Regional əlaqələrin genişlənməsi və sülh perspektivlərinin güclənməsi isə Azərbaycana investisiya cəlbi və yeni inkişaf imkanlarından yararlanmaq üçün əlverişli şərait yaradır.

Related posts

IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

Azərbaycanda orta aylıq əməkhaqqı 1 175 manata yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 10,4 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı