Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib - BBN

Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib

2025-ci ildə Azərbaycanda vergi borcları 4,4 % və yaxud 139,5 milyon manat artıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən ilin sonuna sözügedən göstərici 3 milyard 308,8 milyon manat təşkil edib.

Bundan başqa, sədr deyib ki, bu il ilk dəfə qurum dövlət auditində rəqəmsal həllərin tətbiqi ilə vasitəsilə qanunvericilikdə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq meyarlar əsasında qiymətləndirilməsinə çalışıb: “2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınıb. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar. Hesabatları vaxtında təqdim edənlərin payı 40 % ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır”.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı