Home » Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu il avqustun 1-nə Azərbaycanda 1 637 784 vergi ödəyicisi olub.

BBN.az  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, şirkətlərin sayı isə 7,4 % artıb.

İyulun sonuna ölkədə 198 371 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,1 % çoxdur.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,8 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda olub.

Kommersiya qurumlarının 84,6 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,1 % təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.