Bu ilin iyul ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 607 nəfər təşkil edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, xüsusi şərtlərlə əmək pensiyası alanların 115 615 nəfəri yaşa görə, 13 141 nəfəri əlilliyə görə, 22 851 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.