Home » Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.

Cari ilin 4 ayında 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır. Neft-kondensatın 9,8 mln. tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 mlrd. m3 artımla 13,4 mlrd.m3 qaz hasil edilib. Qaz hasilatının 4,6 mlrd. m3 -i AÇG-dən, 6,4 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 mlrd. m3 qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 4,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 mlrd.m3 qaz nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. m3-dən çox qaz nəql edilib.

İstismara veriləndən mayın 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.

2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.