Home » Azərbaycanda “Yaşıl Kart” üzrə sığorta ödənişləri 82 % artıb

Azərbaycanda “Yaşıl Kart” üzrə sığorta ödənişləri 82 % artıb

by yunus
0 comment 0 views 1 minutes read

2023-cü ildə Azərbaycanda “Yaşıl Kart” beynəlxalq sığorta sistemi üzrə 429 yol-nəqliyyat hadisəsinə görə 1,662 milyon manat sığorta ödənişi verilib.

BBN.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 52,7 % və 82,3 % çoxdur.

Beləliklə, ötən il bir hadisə üzrə orta ödəniş 3 873 manat olub ki, bu da əvvəlki ilə nisbətən 19,4 % çoxdur.

2023-cü ildə “Yaşıl Kart” satışı hesabına toplanılmış sığorta haqlarının 16,4 %-i sığorta ödənişinə yönəldilib. Bu nisbət 2022-ci ildə 30,2 % təşkil edib.

Ötən il yol-nəqliyyat hadisələrinin 55-i ölkə daxilində baş verib və həmin hadisələr üzrə 130 min manat sığorta ödənişi verilib. Əvvəlki il ölkə daxilində 57 yol-nəqliyyat hadisəsi baş vermiş və 140 min manat sığorta ödənişi həyata keçirilmişdi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.