
Azərbaycanda vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik tətbiq olunub.
Əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib.
Məlumata görə, yenilənmiş kalkulyator əməkhaqqının bruto və xalis məbləğinin, eləcə də qüvvədə olan qanunvericiliyə uyğun vergi və sosial ödənişlərin avtomatik və dəqiq hesablanmasını təmin edir.
Qeyd olunub ki, bu alət işəgötürənlər və mühasiblər üçün hesablamaların daha operativ və düzgün aparılmasına imkan yaradır, eyni zamanda vaxt itkisinin minimuma endirilməsinə xidmət edir.
Bildirilib ki, təqdim olunan xidmət əməkhaqqı ilə bağlı hesablamalarda şəffaflığın artırılmasına və istifadəçi rahatlığının təmin edilməsinə yönəlib.




